Azərbaycanda 18 nəfərə qaraciyər, 42 nəfərə sümük iliyi, 63 nəfərə böyrək köçürülüb

“Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər müalicə edilir, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır”.
A24.Az xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib. Nazir qeyd edib ki, ilin əvvəlindən indiyədək 18 nəfərə qaraciyər köçürülüb, 76 xəstədə endoprotezləşmə əməliyyatı aparılıb, 63 nəfərə böyrək köçürülüb. Onun sözlərinə görə, il ərzində 42 sümük iliyi transplantasiyası icra edilib: “İnsanların səhiyyə xidmətlərindən razılığı ildən-ilə artır. Ölkə başçısının tövsiyələrinə uyğun olaraq əgər əvvəllər bölgələrdə baş tutan qəbullara gələnlərin sayı 50-60 vətəndaş olurdusa artıq bu rəqəm dəfələrlə aşağı düşüb. Bu da vətəndaşların razılığının nəticəsidir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR