Azərbaycanda 24 yaşlı gənc əməliyyat masasında ölüb

Azərbaycanda 24 yaşlı gənc əməliyyat masasında ölüb
Want create site? Find Free WordPress Themes and plugins.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında (RMX) ölüm hadisəsi baş verib.

A24.Az Report.az-a istinadən bildirir ki, Ağdam rayonunun Əhmədağalı kənd sakini, 1993-cü il təvəllüdlü Süleymanov Elçin İsmixan oğlu bağırsaq uzanması xəstəliyi ilə Ağcabədi RMX-ya müaciət edib.

Yaranmış vəziyyətin daha da kəskinləşməməsi üçün həkimlər onu 3 ay əvvəl əməliyyat ediblər. Ancaq ilk əməliyyat uğursuz alınıb. Daha sonra 24 yaşlı gənc 17 gün ərzində üç dəfə əməliyyat otağına girməli olub.

 Ailə üzvləri iddia edir ki, Elçin Süleymanov sonuncu əməliyatında çoxlu qanitirmədən, daha doğrusu həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar