Azərbaycanda animasiya “1” səviyyəsindədir? – Uşaqlarımız yerli cizgi filmlərindən niyə məhrumdur?

Qızım oturub türk cizgi filmlərinə elə maraqla baxır… Təkcə türk deyil, hamının tanıdığı “Maşa və Ayı” multfilmini də xüsusi coşğu ilə izləyir. Xüsusən də həmin cizgi filmlərindən elə kəlimələr işlədir, bir valideyn olaraq həm sevinirsən, həm də mat qalırsan. Demək uşaq baxdığı hər şeydən ən yaxşını da, ən pisi də çox asanlıqla götürə bilir, özü də həmin andaca… Məsələn, gəlib əllərimi öpüb alnına qoyur və mənimlə bayramlaşır: “İyi bayramlar, ana! Əl öpənlərin çox olsun” deyir. İnsan kövrəlir… Uşağın cizgi filmlərindən öyrəndikləri isə 1 deyil, 2 deyil… amma bu cür gözəl, lakin bizim mədəniyyətimizdən və mentalitetimizdən bir qədər fərqli cizgi filmləri əlbəttə ki, uşağın gələcəyi üçün düşündürücüdür. Sabah Azərbaycanın öz adət-ənənəsi ilə bağlı uşağa nəyisə izah etməyə çalışanda, o qavramayacaq və ilk gördüyünü yaşamaq, tətbiq etmək istəyəcək. Bu isə realdır… Bəs nə etməli?!

Düşünürsən və qərar verirsən ki, övladına Azərbaycanın çəkdiyi cizgi filmlərini göstərəsən. Bir-ikisini göstərəndən, hətta məcbur edəndən sonra görürsən, yox alınmır, uşaq bu “multiklərə” baxmaq istəmir. Yenə də suallar meydana çıxır: Axı Niyə? Son zamanlar bizim ölkəmizdə nə zaman cizgi filmləri çəkilib? Ümumiyyətlə, niyə Azərbaycanda övladlarımıza ölkəmizi, vətənimizi və ya adətlərimizi aşılayacaq cizgi filmləri çəkilmir?

Amma bu sahənin mütəxəssislərindən rəy almazdan əvvəl Azərbaycanda cizgi filmlərin fəaliyyət dövrünə qısaca nəzər salmaq istərdim.

Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəllərindən başlayır. 1933-cü ildə “Azərbaycanfilm” studiyasının işçiləri Moskvadan gətirilən xüsusi materiallarla həmin il “Lökbatan” və “Neft simfoniyası” (rejissoru B.Pumpyanski) sənədli filmlərini çəkdi. Bundan sonra “Cat” təlimat filmində (rəssam Basov) animasiyadan bütünlüklə istifadə olunub. Bu film Azərbaycan cizgi filmləri istehsalında ilk iş kimi tarixə düşdü. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilib, məhz bu film ekranlara buraxılandan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi yaratmağı qərara alıb. Film üçün mövzu isə Azərbaycan xalq nağıllarından götürülüb.

Müharibə illərində multfilmlərin çəkilişi təxirə düşsə də, artıq 60-cı illərin sonlarında cizgi filmlərinin çəkilişi üçün şərait yaradıldı. Beləliklə, 1969-cu ildə “Cırtdan”ın istehsalı ilə Azərbaycanda cizgi filmləri tarixində ikinci dövr başlandı. Bunun ardınca “Ayı və siçan”, “Şir və öküz”, “Fitnə”, “Cücələrim”, “Tülkü həccə gedir” və daha neçə cizgi filmləri ən maraqlı işlərdən sayılır.

animasiya_2013120200Mövzu ilə bağlı Azərbaycanın əməkdar mədəniyyət işçisi, animasiya rejissoru Elçin Hami Axundovun fikirlərini aldıq. Söylədikləri isə heç də ürəkaçan olmadı. O, Azərbaycanın gələcəyi olan uşaqların Azərbaycan mentallığında böyüdülməsində böyük təzyiqlərin olduğunu bildirdi:

“Ən böyük məsuliyyət Mədəniyyət və Turizm Nazirliyinin üzərinə düşür. Məsələ orasındadır ki, animasiya filmləri uşağın tərbiyəsində çox böyük rol oynayır. Hələ iki il bundan əvvəl məsələ qaldırdım ki, animasiya filmlərinə fikir vermək və bu sahəni daha da inkişaf etdirmək lazımdır. Hətta mən Azərbaycanda animasiyanın inkişafına dair böyük bir layihə də yazdım. Layihəmi nazirliyə təqdim elədim. Çox xoşlarına gəldi, ancaq dedilər ki, hələlik pulumuz yoxdur. Layihəmi təqdim edəndə 2005-ci il idi. 2012-ci ildə isə artıq bizdə animatorlar yox idi və mənə təklif olunanda mən kiminlə işləyəcəyimi bilmədim. O zaman “Azərbaycanfilm” studiyasının direktoru işləyirdim və ərizəmi yazıb ordan çıxdım. Yəni nazirlik bu məsələyə çox laqeyd baxdı”.

Təhsil Nazirliyini də mövzudan kənar qoymayan Elçin Hami Axundov təkliflərini irəli sürdü:

“Birincisi, çox istərdik Təhsil Nazirliyinin təşəbbüsü ilə uşaqların tərbiyəsi, tədrisi ilə bağlı hansısa ssenarilər yazılsın. İkincisi, bizdə yaxşı animatorlar olsun. Animator şəkil çəkən aktyordur. Yəni bizdə 1-2 rejissor var, məsələn Firəngiz Qurbanova, Arif Məhərrəmov, mən. Biz rejissorlarıq. Amma bizə bu ssenariləri həyata keçirmək üçün yaxşı animatorlar, aktyorlar lazımdır. Amma təəssüf ki, bizdə animator yoxdur. Bizdə 1-2 nəfər var, kompüterdə nəysə öyrəniblər, ancaq onlar hərəkət qanunlarını bilmirlər. Onlar ancaq hərəkətə gətirirlər, lakin animator “canlandırmaq” mənasındadır. Bizdə bu sahə “1” səviyyəsindədir. Ona görə də Azərbaycandakı animasiya çox acınacaqlı vəziyyətdədir. Nazirlik də bu məsələyə həddindən artıq çox laqeyd baxdığından 10 ildir bu məsələ həllini tapmır. Yəni Azərbaycanda 350-400 min manat pul tapılmadı ki, animasiya filmləri çəkilsin?!”

Sonda hazırladığı layihəni Nazirlər Kabinetinə, Milli Tele Radio Şurasına kimi bir çox yerlərə təqdim etdiyini deyən rejissor, “Hər yerdə layihə bəh-bəhlə qarşılanıb, amma heç kim maddi vəsait ayırmadı” deyə fikirlərini məyusluqla yekunlaşdırdı.

teleqraf-com1401777756125407552f91c0dd588e1392057357_musviq0

Qarşı tərəfin də fikirlərini almaq üçün “Azərbaycanfilm” studiyasının direktoru Müşfiq Hətəmova suallarımızı ünvanladıq. Kinoprodüser elə ilk cümləsindəcə deyilənləri təkzib etdi və “Axı kim deyir ki, Azərbaycanda cizgi filmi çəkilmir? Mədəniyyət və Turizm Nazirliyi bu sahəyə xüsusi vəsait ayırıb və Azərbaycanda hər il 2 qısametrajlı və 1 tammetrajlı cizgi filmləri çəkilir. Və bizim hal-hazırda sonuncu cizgi filmimiz olan “Əlifba” artıq yekunlaşıb” deyərək bizi “Azanfilm”in studiyasına və orada gedən prosesləri izləməyə dəvət etdi.

“Azanfilm”in bir sıra işləri ilə tanış olduqdan sonra oranın baş animatoru Emil Məliklova ilk sualımız “Niyə sizin animasiya filmləriniz Azərbaycan teleməkanında görünmür?” oldu.

“ “Azanfilm”in cizgi filmlərini əsasən dövlət kanallarından “Mədəniyyət” kanalı və AzTv göstərir. Həmin kanallar köhnə cizgi filmlərini də göstərirlər, təzələrini də. Lakin özəl kanallar isə bizim filmləri göstərmir, amma maraqlanıb göstərməlidir”.

elifba-1

elifba-2

elifba-3

elifba-4

Baş animator son işləri olan “Əlifba” ilə yanaşı, yeni layihələrindən də danışdı:“ “Əlifba” bizim son işimizdir və bir aydır ki, yeni layihə üzərində işləyirik, artıq eksizləri də hazırdır. Yeni layihə San Antonio Cupertinin “Balaca şahzadə” əsəridir. Bir neçə ölkədə bu əsərə müraciət olunub, lakin biz filmə başqa bir süjet üzərindən yanaşacağıq və sizə göstərdiyim eskizlər sırf bizim rəssamların əl işidir, başqa yerdən götürülməyib”.

Ssenari qıtlığından əziyyət çəkdiklərini də vurğulayan “Azanfilm” studiyasının işçiləri yenicə ssenari müsabiqəsi keçirdiklərini bildirib. Müsabiqədən “Qaz balası” adlı ssenarinin bəyənildiyini dedilər.

balaca-sahzade

“Balaca şahzadə” əsərindən eskizlər… (Layihə yeni olduğu üçün personajların üzlərinin göstərilməməsi xahiş edildi)

Söhbət zamanı digər ölkələrlə müqayisədə Azəbaycanda animasiya sahəsində rəqabətin olmamasından gileylənən Emil Məlikov özəl şirkətləri bu sahəyə can yandırmağa çağırdı.

“Başqa ölkələrin cizgi filmləri ilə müqayisə etdikdə animasiya təkcə dövlətin üzərinə düşən bir məsələ deyil. Yəni bu sahə üzərində özəl şirkətlər də məğul olmalıdır. Dövlət ildə bir filmə imkanı çatan qədər vəsait ayırır və mütəxəssisləri cəlb edir. Amma animasiyamız bununla kifayətlənməməlidir. Özəl şirkətlər də bu sahəyə can yandırmalı, böyük şirkətlərimiz sponsorluq eləməlidir. Təkcə “Azanfilm” studiyası ilə ölkədə rəqabət yarana bilməz. Rəqabət də olmasa təbii ki, inkişaf ola bilməz. Ona görə də müxtəlif studiyalar yaradılmalıdır. Türkiyədə, görün nə qədər studiya var, məyər orda animasiyaları dövlət çəkir?! Xeyr! İstər Türkiyədə, istər Rusiyada və Amerikada hamısı özəl studiyalardır. İnkişaf üçün bir-biriləri ilə rəqabətdədir. Bizdə isə bir studiya var və bütün mütəxəssisləri də bura yığmışıq. Azərbaycanda animasiyaya həvəsi olan hər kəsi, hətta köhnə mütəxəssislərdən də, təzələrdən də hər kəsi bura toplamışıq”.

Təqdim etdiyimiz görüntülər “Cırtdan və Sehirli xalat” cizgi filmindəndir. Hazırda animasiyanın üzərində cizgi filminin qurulçu rejissoru, rəssamı və animatoru, həmçinin “3Dost” Reklam Agentliyinin müdiri Rəşaf Əfəndiyev çalışır. Çəkdiyimiz fotogörüntülərdən siz burada Azərbaycan mentalitetini, keçmişdə olan geyimlərimizi, tarixi abidələrimizdən Şirvanşahlar sarayını, İçərişəhəri, həmçinin müasir dövrü əks etdirən cizgiləri görə bilərsiniz.

Qeyd edək ki, adı çəkilən Rəşad Əfəndiyev bu yaxınlarda təqdim etdiyi əl işi ilə Amerikanın Hyuston şəhərində keçirilən “The 48th WorldFest” müsabiqəsində 3-cü yeri qazanıb.

sehir-xalat-1

sehirli-xalat-2

sehirli-xalat-3

sehirli-xalat-4

sehirli-xalat-5

sehirli-xalat-6

sehirli-xalat-7

sehirli-xalat-8

sehirli-xalat-9

sehirli-xalat-10

sehirli-xalat-11

sehirli-xalat-12

sehirli-xalat-13

sehirli-xalat-14

sehirli-xalat-15

sehirli-xalat-16

sehirli-xalat-17

sehirli-xalat-18

sehirli-xalat-19

sehirli-xalat-20

sehirli-xalat-21

sehirli-xalat-22

Sonda onu da deyək ki, uşaqların kiçik ürəyindən keçən geniş yol bizim mədəniyyətimizi, inkişafımızı çox uzaqlara apara bilər. Sadəcə, bu inkişafa YOX deməyək və irəli gedək!

“A24.az” saytı… Firuzə Alimova

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR