Azərbaycanda avtobus partladı - MÜƏMMALI HADİSƏ - VİDEO

Azərbaycanda avtobus partladı – MÜƏMMALI HADİSƏ – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Göyçay rayonunda sərnişin avtobusunda partlayış baş verdikdən sonra yanğın hadisəsi olub.

A24.Az xəbər verir ki, hadisə ötən gecə saat 23:30 radələrində Göyçay şəhərindəki “Göyçay-Avtonəqliyyat” ASC-nin həyətində baş verib.

Rayon sakini, 1963-cü il təvəllüdlü Səfərəliyev Bəhram Ağatalıb oğluna məxsus 23 BJ 593 dövlət nömrə nişanlı “Mercedes” markalı 50 yerlik sərnişin avtobusunun mühərrik yeri və salonu tamamilə yanaraq yararsız hala düşüb.

Şəxsi avtobusu ilə Göyçay-Bakı marşrutu üzrə sifarişlər əsasında sərnişin daşıyan Bəhram Səfəralıyev APA TV-nin yerli bürosuna bildirib ki, onun nəqliyyat vasitəsini qəsdən yandırıblar. Onun sözlərinə görə, 2 gün öncə Bakıdan rayona qayıdaraq avtobusu qarajda saxlayıb və evə gedib: “Ötən gecə “Göyçay-Avtonəqliyyat” ASC-nin gecə növbətçisi mənə telefonla zəng edərək deyib ki, avtobus naməlum səbəbdən əvvəlcə işə düşüb, sonra qabağa və arxaya hərəkət edib və içərisində qəflətən baş verən partlayış səbəbindən yanmağa başlayıb. Avtobus işlək vəziyyətdə olanda yanmayıb, hadisə qarajda iki gün dayanmış avtomobildə baş verib. Avtobus iki gün ərzində orda qalandan sonra gecə saatlarında özbaşına alışıb yana bilməz. Avtobusda heç bir nasazlıq olmayıb, onu qəsdən yandırıblar. Bu düşmən işidir. Xahiş edirəm aidiyyəti qurumlar mənə kömək eləsin, hadisəni törədən tapılsın. Mən çörəyimi bu avtobusla qazanırdım. Sərnişinləri Göyçaydan “Sədərək”ə aparıb gətirirdim”.

Növbətçi ona deyib ki, hava qaranlıq olduğu üçün yanğın vaxtı ərazidə heç kimi görə bilməyib və yanğının avtobusun mühərrikindəki nasazlıq səbəbindən baş verdiyini deyib. Lakin ərazidə olan təhlükəsizlik kamerasına baxdıqda görmək olur ki, yanğın baş verməzdən öncə avtobusun yanından naməlum şəxsin idarə etdiyi ağ rəngli “VAZ-2106” markalı minik avtomobili keçib gedir. Az sonra avtobusun salonunda əvvəlcə partlayış baş verir, sonra yanğın olur.

Sürücü avtobusun saxlanc yerinə bağladığı qıfılın da sındırıldığını və içərisindəki bütün şəxsi sənədlərin yandığını, hadisə nəticəsində ona ümumilikdə 30 min manatdan çox maddi ziyan dəydiyini bildirib.

Qeyd edək ki, hadisə yerinə FHN-in Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Şəhərin mərkəzində baş verən yanğın söndürülüb və ətrafdakı avtobuslar, inzibati bina, ticarət mərkəzi və evlər yanğından mühafizə edilib. Polis əməkdaşları hadisə yerinə və təhlükəsizlik kamerası vasitəsilə yanğının baş vermə anına baxıblar. Faktla bağlı araşdırma aparılır.

APA TV

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar