Azərbaycanda azyaşlı hovuza yıxılaraq komaya düşdü

Azərbaycanda azyaşlı hovuza yıxılaraq komaya düşdü
Want create site? Find Free WordPress Themes and plugins.

Şəkidə 8 yaşlı oğlan istirahət mərkəzinin hovuzunda yıxılıb, vəziyyəti ağır qiymətləndirilir.

“A24.az” xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, bu gün axşam saatlarında Şəki şəhər Bilallar küçəsi ev 10 ünvanında yaşayan, 2009-cu il təvəllüdlü Ayxan Qurban oğlu Əzizli hələ ki istintaqa məlum olmayan səbəbdən “Marxal” istirahət mərkəzinin hovuzuna yıxılıb. Hadisədən sonra 8 yaşlı Ayxan Əzizli Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Şəki MRX-dan APA-ya bildirilib ki, epilepsiya xəstəliyindən əziyyət çəkən Ayxan Əzizliyə sudaboğulma diaqnozu qoyulub. Komatoz  halda olan Ayxan Əzizlinin müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar