Azərbaycanda azyaşlıları zəhərləyənlər – Onları siz də tanıyın – VİDEO – FOTO

Azərbaycanda azyaşlıları zəhərləyənlər – Onları siz də tanıyın – VİDEO – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Respublika ərazisində 18 yaşdan aşağı şəxslərə siqaret satmaq qadağan olunub. Bəzi marketlərdə isə buna əməl edilmir.

A24.az bildirir ki, ARB TV-nin apardığı eksperiment zamanı satıcılar azyaşlıya siqareti çox rahatlıqla veriblər.

Bunun səbəbini soruşduqda isə bu qanundan xəbərsiz olduqlarını bildirdilər. Onlardan biri hətta valideyninin göndərdiyini düşünüb siqareti satdığını da bildirib.

Düzdür, övladını siqaret üçün dükana göndərən valideynlər də az deyil. Sonradan uşaqlar bu vasitəni özləri üçün istifadə edirlər.

Çəkiliş zamanı 7 marketə daxil olduq, hər biri də siqareti verdi. Ekspertlər bildirir ki, 18 yaşdan aşağı şəxslərə siqaretin satılması inzibati xətalar məcəlləsinin pozulması deməkdir.

Tofiq Musayev (ekspert): “Həmin məcəlləyə görə, tütün məmulatlarının uşaqlara satılması qadağandır. 100 manat civarında cərimə edilir. Uşaqlar siqareti dükandan alırsa, deməli riayət edilmir. Yeni qanun layihəsində cərimələrin artırılması nəzərdə tutulub”. (Milli.Az)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar