Azərbaycanda BİABIRÇILIQ: Övladının adını CINDIR qoydu

Azərbaycanda BİABIRÇILIQ: Övladının adını CINDIR qoydu
Want create site? Find Free WordPress Themes and plugins.

Övladın dünyaya gəlməsi insan həyatında bəlkə də ən xoşbəxt məqamdır. Bu məqamdan sonra valideynlər əsasən həmin övladın xoşbəxtliyi üçün yaşamağa başlayırlar. Lakin bəziləri, əksinə, anadan olandan uşağın həyatını çətinləşdirəcək addımlar atırlar. Söhbət uşaqlara qoyulan qəribə adlardan gedir.

Belə ki, Azərbaycanda “Əl Qaidə” beynəlxalq terror şəbəkəsinin qurucusu Üsamə Ben Ladenin fanatı olan valideyn Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına müraciət edərək oğluna 1 nömrəli terrorçunun adını qoymaq istədiyini bildirib. Bu barədə Komissiyanın sədr müavini, filologiya elmləri doktoru Sayalı Sadıqova məlumat verib.

Onun sözlərinə görə, komissiya həmin vətəndaşın xahişini rədd edib və bildirib ki, həmin ad xoşagəlməz assosiasiyalar doğurur və milli deyil. Valideyn komissiyanın qərarından məhkəməyə müraciət edib, lakin burada da rədd cavabı alıb.

“O başa düşmür ki, sabah uşaq məktəbə gedəcək və ətrafdakılar ona gülərək həyatını dözülməz edəcəklər. Praktikamlzda oğluna “Şekspir” adını qoymaq istəyən valideynə də rast gəlmişik. Bu, heç də ən dəhşətli hallar deyil. 2014-cü ildə qərb bölgələrindən birinin təmsilçiləri anadan olan əkizlərə “xiyar” və “xiyarə” adlarını qoymaq istəyirdilər” — Sadıqova bildirir.

Bu yaxınlarda isə komissiyaya müraciət edən şəxs oğlunun adını “Cani” qoymaq istəyirmiş. “Ondan adın mənasını soruşduq, bilmədi. Dedi ki, babasının adı elə olub və bu adı yaşatmaq istəyir. Cani “cinayətkar” deməkdir. Bu işə daha məsuliyyətli yanaşmaları üçün xalqı maarifləndirmək lazımdır. Yeri gəlmişkən, bizim praktikamızda övladına “Cani” adını vermək istəyən az deyil” — Sadıqova bildirib.

Başqa bir valideyn isə komissiyaya zəng edərək qızına “Türmə” adını qoymaq üçün məsləhətləşib. İş ondadır ki, həmin şəxsin nənəsinin adı elə olub. Nəslin başbilənləri qıza o adı qoymağı məsləhət görüblər, uşağın atası bunun düzgün olmadığını başa düşüb, lakin ağsaqqallara etiraz edə bilməyib. Ona görə də komissiya ilə məsləhətləşərək onlardan “türmə”yə oxşar uyğun ad tövsiyyə etmələrini xahiş edib. Lakin istəyinə nail ola bilməyin. Komissiya üzvləri “türmə”yə oxşar “sürmə”, “burma”, “xurma” sözlərini yada sala biliblər. Bu sözlər isə ad üçün uyğun deyil…

“Gülməli adlar sovet dövründə də olub. Uşaqlara Ansabl, Komsomol, Traktor, Sovet adlarını qoyublar. Biz 1750 belə qəribə ad taparaq onlara qadağan qoymuşuq. Bu siyahıda çox qeyri-adi adlar var: Çervon, Fağır, Pətiş, Fətiş, Cinayət, Cındır və s. Qeyd etmək lazımdır ki, belə məhdudiyyətlər başqa ölkələrdə də mövcuddur. Bizdən tez-tez adın insan taleyinə təsiri barədə soruşurlar. Əgər bir insanı gündə 50 dəfə “Cinayət” deyə çağırsanız, yəqin ki, bu onun hərəkətlərinə də təsir göstərər” — Sadıqova qeyd edir.

Eyni zamanda Sadıqova vurğulayıb ki, komissiya heç də qeyri-adi gözəl adların əleyhinə deyil. Məsələn, valideynlərdən biri İşılay adını fikirləşib və bu ad icazə verilənlər siyahısına daxil edilib. Bu siyahıda 5500-dən artıq ad var. On il əvvəl Azərbaycanda Nuray, Nurgün adları yox idi. Lakin 2013-2014-cü illərdə ən populyar adlar bunlar olub.

“Uşaqlara ad verilməsinə nəzarət Nazirlər Kabinetinin xüsusi qərarı ilə həyata keçirilir. Əsasən türk mənşəli milli adlara üstünlük verilir. Uşaqlarına Renata və ya Lida adını qoymaq istəyən azərbaycanlılar bizə müraciət etmişdilər. Əlbəttə, ölkəmiz çoxmillətlidir, burada yaşayan etnik qrupların özlərinə uyğun adları var və biz onların seçiminə hörmətlə yanaşırıq, lakin azərbaycanlılara övladlarına Qalya, Olya və ya Lida adı verməyi məsləhət görmürük, çünki biz milli adlarımızı yaşatmalıyıq” — komissiyanın sədr müavini əlavə edib.

Ərəb mənşəli Azərbaycan adlarına gəldikdə isə, Sadıqova bildirib ki, ölkəmizin ərazisində İslam yayıldıqdan sonrakı dövr ərzində bizdə ərəb sözlərinin özünəməxsus səsləndirilməsi əmələ gəlib.

“Məsələn, “Fatimə” adı ərəbcə “Fatimeyi”dir. Uzun əsrlər boyunca bu adlar artıq bizim üçün doğmalaşıb. Biz gözəl səslənən və əcnəbi adların əleyhinə deyilik. Elton, Roman, Məryəm adlarını həm müsəlmanlar, həm də xristianlar qoyurlar. Söhbət bu məsələdə düşünülmüş addım atmaqdan gedir. Adlar və izahlar olan lüğətlər bütün qeydiyyat şöbələrinə paylanıb. Əgər vətəndaşlar ad fikirləşə bilmirlərsə, qoy lüğətdən istifadə etsinlər” — Sadıqova bəyan edib.

Qeyd edək ki, bu ilin 6 ayı ərzində ölkəmizdə doğulan 1343 körpəyə Yusif adı verilib. Əli (1006), Hüseyn (900), Ömər (752), Uğur (694), Məhəmməd (668), Murad (608), Ayxan (489), İbrahim (410), Tunar (400) adları da populyardır.

Həmin dövr ərzində doğulan qızlar arasında ən populyar adlar Zəhra (1256), Nuray (1015), Zeynəb (760), Məryəm (721), Fatimə (713), Aylin (683), Mələk (653), Dəniz (638), Damla (508) və Ayandır (494). //Sputnik

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar