Azərbaycanda bir çox xəstələrin həkimdən qorxaraq soruşduğu sual

Azərbaycanda bir çox xəstələrin həkimdən qorxaraq soruşduğu sual
Want create site? Find Free WordPress Themes and plugins.

Bəzi xəstəliklər var ki, onlar xərçəngin inkişafına şərait yaradır. Onları “xərçəngönü xəstəliklər” adlandırırlar.

Belə xəstəliklər çoxdur – uşaqlıq boynu eroziyası, mədə xorası, Kron xəstəliyi, istənilən orqanda (uşaqlıq, bağırsaq, mədəaltı vəzi, öd kisəsi və s.) poliplər və s.

“A24.az” xəbər verir ki, babasil çox yayılmış xəstəlik olduğundan insanlar bu xəstəliyin də xərçəngə çevirib-çevrilməməsi barədə həkimlərə tez-tez suallar verir. Babasildən əziyyət çəkənlərə xoş xəbər – babasil xərçəngə çevrilmir. Lakin onu da nəzərə almaq lazımdır ki, bu iki xəstəliyin (babasil və yoğun bağırsaq xərçəngi) simptomları oxşardır – defekasiya zamanı qanın ifraz olunması, qəbizlik, ağrılar və s. Bu səbəbdən xəstəliyin dəqiq diaqnozunu yalnız həkim lazım olan müayinə və analizlərdən sonra qoya bilər.

Babasil xərçəngönü xəstəliyi olmasa da, onu mütləq və vaxtında müalicə etmək lazımdır ki, babasil gecikmiş mərhələlərdə çox ciddi ağırlaşmalar verir.

Saglamolun.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar