Azərbaycanda Birinci vitse-prezidentin təyinatı "FETO"ya qarşı atılmış addımdır" - SERGEY MARKOV

Azərbaycanda Birinci vitse-prezidentin təyinatı “FETO”ya qarşı atılmış addımdır” – SERGEY MARKOV
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Mehriban xanım Əliyevanın Azərbaycan Prezidenti birinci müavini vəzifəsinə gətirilməsinin “FETO”ya qarşı atılmış addım kimi qiymətləndirib.

A24.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Rus mediasına danışan Markov mövzuyla əlaqədar bunları söyləyib:

“Mehriban Əliyeva Azərbaycanın siyasi və ictimai həyatında böyük rol oynayıb. Yeni vəzifəyə gətirilməsi Azərbaycanda siyasi sabitliyin gücləndirilməsinə xidmət edir. Türkiyədə hərbi çevriliş cəhdi səylərinin ardından Azərbaycanda Konstitusiya dəyişikliyi edilib”.
“FETO”çuların Azərbaycandakı istəklərindən danışarkən Markov qeyd edib ki, bu şəbəkəninin Azərbaycandakı fəaliyyətini gözardı etmək olmaz:
“Türkiyədə çevrilişə cəhdi Fətullah Gülən şəbəkəsi və onun ABŞ tərəfdarları etdi. Bu şəbəkə Azərbaycanda da fəal çalışırdı. Onların gücünü heç bir şəkildə gözardı etməmək lazımdır. Bu səbəbdən Birinci vitse-prezident postunun yaradılması və prezidentin yaxını olan bir adamın bu vəzifəyə gətirilməsi bəzilərinin mövcud prezidentə qarşı qeyri-qanuni hərəkət və istəklərini önləmək məqsədini daşıyır” deyə Markov bildirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar