Azərbaycanda boşanmaların sayı artıb

Azərbaycanda boşanmaların sayı artıb
Want create site? Find Free WordPress Themes and plugins.

Son 21 il ərzində Azərbaycanda boşanmaların sayı artıb.

“A24.az”ın Dövlət Statistika Komitəsinin göstəricilərinə istinadən verdiyi məlumata görə, 1995-ci ildə Azərbaycanda rəsmi orqanlar tərəfindən 5 669, 2005-ci ildə 8 895, 2011-ci ildə 10 747, 2012-ci ildə 11 087, 2013-cü ildə 11 730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764 boşanma qeydə alınıb.

Azərbaycanda ötən il boşanma hallarının yarısı – 6 950-si uşağı olmayan ailələrdə qeydə alınır.Ötən ilki boşanmaların 2838-i 1 uşağı, 2 976-sı iki və daha çox uşağı olan ailələr tərəfindən qeydə alınıb.

Ötən il 1 uşaqlı, iki və daha çox uşağı olan olan ailələr tərəfindən qeydə alınan boşanmaların sayı artıb.

Boşanmış uşaqlı ailələrdə olan uşaqların sayı 9 378 olub. Onların 6 540-sı iki və daha çox uşağı olan ailələrin övladlarıdır.

Ötən il 9378 uşaq boşanma nəticəsində valideynlərinin biri ilə qalıb.

Ölkə üzrə olan bütün boşanmaların 4 253-ü Bakının, 820-si Abşeron iqtisadi rayonunun, 1 877-i Gəncə-Qazax, 636-ı Şəki-Zaqatala, 586-sı Lənkəran, 598-i Quba-Xaçmaz, 2 012-i Aran, 916-sı Yuxarı Qarabağ, 435-i Kəlbəcər-Laçın, 299-u Dağlıq Şirvan, 332-i Naxçıvan Muxtar Respublikasının payına düşür.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

BÜTÜN XƏBƏRLƏR

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs