Azərbaycanda bu kanala yeni rəhbər təyin edildi

Azərbaycanda bu kanala yeni rəhbər təyin edildi
Want create site? Find Free WordPress Themes and plugins.

CBC telekanalına yeni baş direktor təyin edilib.

Bu vəzifəyə Vüqar Xəlilov təyin olunub.

A24.Az APA-ya istinadən xəbər verir ki, ATV telekanalının prezidenti, CBC TV-nin keçmiş baş direktoru Azər Xəlilov faktı təsdiqləyib.

Onun sözlərinə görə, bu gün CBC telekanalının təsisçisi, “SOCAR Media” İctimai Birliyinin sədri Xalik Məmmədov V. Xəlilovu kollektivə təqdim edib.

Qeyd edək ki, təcrübəli jurnalist Vüqar Xəlilov Azər Xəlilovun qardaşıdır.

V. Xəlilov “Radio Svoboda”da fəaliyyət göstərərkən 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıya daxil olması və qoşunların Bakıda törətdikləri vəhşiliklər barədə dünyaya xəbər verən jurnalistlərdən biri olub.

O, 1995-ci ildən 2009-cu ilə qədər BBC ümumdünya xidmətinin rus redaksiyasında çalışıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar