Azərbaycanda buynuz qişanın transplantasiyasına başlanılır: 3 min xəstə növbədədir 

Azərbaycanda buynuz qişanın transplantasiyasına başlanılır: 3 min xəstə növbədədir 
Want create site? Find Free WordPress Themes and plugins.

Bu aydan etibarən Milli Oftalmologiya Mərkəzində gözün buynuz qişasının transplantasiyasının icrasına başlanacaq. 

A24.Az xəbər verir ki, bunu mərkəzin aparıcı elmi işçisi Fərəh Abduləliyeva deyib.

Onun sözlərinə görə, hazırda mərkəzdə 3 min xəstə bu əməliyyatı gözləyir. Xəstələrin 20 faizini uşaqlar, 80 faizini böyüklər təşkil edir. Toxumalar əsasən ABŞ, İran, Rusiyadan gətiriləcək. Birinci etapda təcili köçürülməyə ehtiyacı olanlar əməliyyat olunacaq. F. Abduləliyeva qeyd edib ki, 18 yaşdan sonra buynuz qişanın zədələnmələri, yaşlı adamlarda əməliyyat sonrası yaranmış fəsadlar bu əməliyyata göstərişdir:

“Bu vaxta qədər xəstələr İran, Rusiya, Türkiyəyə üz tuturdular. Milli Oftalmologiya Mərkəzində göz bankı var. İdxal olunan buynuz qişasının normal saxlanması üçün şərait yaradılıb”.

Mərkəzin əməkdaşı onu da qeyd edib ki, gələcəkdə buynuz qişanın transplantasiyası 2 mərkəzdə – Milli Oftalmologiya və Respublikası Diaqnostika mərkəzlərində aparılacaq.

Bir neçə həftəyə Azərbaycana gətirilmək üçün buynuz qişası sifariş ediləcək:

“Artıq banklara xəbər verilib, sənədləşmə bitəndən sonra buynuz qisası idxal olunacaq. Bu əməliyyatları respublika üzrə 4 həkim – Mərkəzdən Cəmil Həsənov, Fərəh Abduləliyeva, Emil Hüseynov, Respublika Diaqnostika Mərkəzindən isə Xəlil Hüseynov icra edəcək.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Sağlamlıq
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar