Azərbaycanda çəkilən bu görüntülər sizi şoka salacaq - VİDEO

Azərbaycanda çəkilən bu görüntülər sizi şoka salacaq – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Minik avtomobillərindən biri hərəkət istiqamətinin əksinə gedir.

A24.Az xəbər verir ki, bu görüntü vətəndaşlar tərəfindən çəkilərək “XəzərXəbər”in votsap nömrəsinə göndərilib. Bu cür hərəkət edən sürücülər həm özlərini, həm də qarşıdan gələn avtomobildəki insanların həyatını təhlükə altında qoyurlar.

Adətən sərnişin daşımaqda istifadə edilən bu avtomobil müəyyən olunan istiqamətin əksinə hərəkət edir.

Hətta qayda pozuntusuna baxmayaraq yolun kənarı ilə də deyil, əsas hərəkət zolaqlarının biri ilə hərəkətinə davam edir.

Görüntülər Bakı-Salyan yolunda mobil telefonla çəkilib. Görüntülərdə minik avtomobili sürücüsünün özünü və qarşıdan gələn avtomobildəki insanları necə təhlükəyə atdığı əks olunub.

Ekspert Ərşad Hüseynov bildirir ki, bu cür hərəkət həm qanunla qadağan, həm də olduqca təhlükəlidir.

Ekspert bildirir ki, yol hərəkət qaydalarını bu cür pozan şəxslər üçün qanunvericilikdə ayrıca maddə də var.

Onu da qeyd edək ki, Bakı-Salyan yolunda geriyə dönmələr bir neçə kilometrdən bir qoyulduğundan sürücülər vaxta və məsafəyə qənaət etmək üçün bu üsula əl atırlar. Bu isə dəhşətli qəzaların yaşanmasına səbəb ola bilər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar