Azərbaycanda dəhşət - Arvad ərini öldürüb tövlədə basdırdı - FOTOLAR

Azərbaycanda dəhşət – Arvad ərini öldürüb tövlədə basdırdı – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda itkin düşmüş şəxs kimi 2013-cü ilin yanvarın 26-dan axtarışda olan Göygöl rayon Qırıxlı kənd sakini İlham Qəhrəmanovun qətlə yetirildiyini müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən A24.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) rəhbərliyinin xüsusi nəzarəti altında həyata keçirilən əməliyyat nəticəsində İ.Qəhrəmanovun 2013-cü ildə həyat yoldaşı, Göygöl rayon sakini Aynurə Qəhrəmanova tərəfindən ailə münaqişəsi zəminində qətlə yetirildiyi və həyətdəki tövlədə basdırıldığı müəyyən edilib.

Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən A.Qəhrəmanova saxlanılaraq istintaqa təqdim edilib və o, ifadəsi zamanı həyat yoldaşını qətlə yetirəndən sonra həyətdəki yardımçı tikilidə basdırdığını etiraf edib.

Yaradılan əməliyyat-istintaq qrupu tərəfindən yardımçı tikilidə də qazıntı işləri aparılıb və mərhumun meyitinin qalıqları ekskumasiya olunaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib.

Göygöl RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində Qarabağ məhəlləsində yerləşən gölün kənarında qeyri-aşkar şəraitdə rayon sakini Avtandil Əliyevin qətlə yetirməkdə şübhəli bilinən şəxslər də saxlanılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyevi qətlə yetirməkdə şübhəli bilinən Göygöl rayon sakinləri  əvvəllər məhkum olunmuş Seymur Əhmədov və qohumu Röyal Mamaedov tutularaq istintaqa təqdim edilib.

Saxlanılan şəxslər ifadələri zamanı A.Əliyevlə birlikdə gölün kənarında spirtli içki qəbul edəndən sonra aralarında yaranan mübahisə zamanı onu döyərək qətlə yetirdiklərini bildiriblər.

Qeyd edilən hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar