Azərbaycanda dərman istehsal edən müəssisələr yaradılacaq

Azərbaycanda dərman istehsal edən müəssisələr yaradılacaq
Want create site? Find Free WordPress Themes and plugins.

“Biz yaxın zamanlarda Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılmasının şahidi olacağıq”.

“A24.az” bildirir ki, bunu jurnalistlərə Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov deyib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanın dərman sektoru yalnız xaricdə istehsal olunan dərmanlar hesabına özünü təmin edə bilməz: “Bu istiqamətdə işlər aparılır”.

Ə.Əhmədov deyib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə Nazirlər Kabineti nəzdində yaradılan Tibbi Sığorta Agentliyinə rəhbər təyin edilib. O, hazırda bu strukturun yaradılması istiqamətində işlərin aparıldığını deyib: “Bilirsiniz ki, bu struktur Azərbaycanda ilk dəfə yaradılır. Ona görə də həm hüquqi, həm də təşkilatı baxımdan görüləcək işlər var”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar