Azərbaycanda dizel bahalaşır: 1 manat olacaq

Azərbaycanda dizel bahalaşır:  1 manat olacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Son günlər benzinin qiymətində dəyişiklik ediləcəyi ilə bağlı xəbərlər aktualdır. Xüsusilə Dizel yanacağının qiymətində artım olacağı gözlənilir. 

Qeyd edək ki, Rusyada “Ai-95” markalı benzinin topdansatış qiyməti 1,7%, “Ai-92” markalı benzinin qiyməti isə 2,3% artıb, Gürcüstanın tarif şurası isə oktyabr-noyabr aylarında dizel yanacağının qiymətini 6-11 tetr, benzinin qiymətini isə 5-10 tetr artıb, bir sözlə, bəzi növ yanacaq məhsullarının qiymətlərində bahalaşma müşahidə edilib.

Maraqlıdır, Azərbaycanda da benzinin və yaxud dizelin qiymətində artım ola bilərmi?

A24.az-ın mövzu ilə bağlı sualına iqtisadçı ekspert Pərviz Heydərov aydınlıq gətirib.

“Məlum olduğu kimi, ölkəmizdə yanacaq məhsullarının qiymətləri dövlət tərəfindən tənzimlənir. Sadəcə olaraq, Aİ-95 ilə Aİ-98 sərbəst bazar qiymətinə satılır. Lakin bu da çox hiss olunmur. Belə ki, yanacağın sərbəst bazar qiymətlərinə satıldığı ölkələrə diqqət yetirsək, onlarda neftin qiymətiylə, tələbatla və bir sıra digər amillərlə əlaqədar, tariflərin artdığının şahidi olsaq da, hərdən ucuzlaldığını da görürük.

Bizdə isə bu, baş vermir. Məsələn, Aİ-95 markalı benzin qiyməti sərbəstləşdirildikdən sonra tədricən bahalaşaraq 1,15 manata qədər gəlib çıxsa da, bir dəfə də olsa ucuzlaşmadı. Halbuki, Aİ-95 işlədənlərin çoxu hətta Aİ-92-yə keçdi. Yəni, tələbat azaldı. Amma yenə də qiymət enişi baş vermədi… Sözüm bunda deyil.

Bəli, bu gün qonşu Gürcüstanda və Rusiyada yanacağın qiymətində bahalaşma var. Bu, müxtəlif səbəblərlə əlaqədardır. Bizdə bu il tənzimlənən yanacaq qiymətləri arasında Aİ-92 bir dəfə bahalaşıb. Belə ki, 70 qəpikdən 90 qəpiyə qalxdı…

Bu da gözlənilən idi. Çünki Aİ-95 bir müddət əvvəl 1,15 azn-ə qalxanda artıq, aydın idi ki, Aİ-92 də bahalaşacaq və 90 qəpik olacaq. Əvvəldə də qeyd etdim ki, Aİ-95 işlədənlərin çoxu Aİ-92-yə keçdi. Aİ-92-nin isə bazarda satış payı onsuz da 80-85 % təşkil edirdi. Bu isə o demək idi ki, Aİ-95-ə tələbat azalsa da, hərçənd ki, qiymət düşmədi, Aİ-92-yə isə tələb genişləndi.

Odur ki, bildirirəm: hazırda qonşu ölkələrdə yanacaq bahalaşmasaydı belə, bizdə növbəti qiymət artımının dizel yanacağı üzrə olacağı tərəfimdən proqnoz edilmişdir. Hesab edirəm ki, bu, indilərdə baş verməsə də, yaxında qaçılmazdır. Hazırda 70 qəpiyə satılan dizelin qiyməti 1 manat olacaq”.

 

Pərvin Abgül//A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar