Azərbaycanda gənc toyuna bir gün qalmış faciəvi şəkildə öldü

Azərbaycanda gənc toyuna bir gün qalmış faciəvi şəkildə öldü
Want create site? Find Free WordPress Themes and plugins.

Astarada ölümlə nəticələnən ağır yol qəzası baş verib. A24.Az xəbər verir ki, hadisə Astara şəhəri ərazisində qeydə alınıb.

Astara şəhər sakini, 1989-cu il təvəllüdlü  Samir Nizami oğlu Məmmədzadənin idarə etdiyi   “BMW” markalı, 90 OE 855 dövlət nömrə nişanlı minik avtomobili onun əmisi oğlu olan Astara şəhər sakini, 1994-cü il təvəllüdlü  Nicat Füzuli oğlu Məmmədzadənin idarə etdi “VAZ-2107” markalı, 07 BE 113 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

“VAZ-2107”-nin sürücüsü aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib, onun yanındakı sərnişin, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Emil Elşad oğlu Həsənov və “BMW”-nin sürücüsü isə ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanası xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə zamanı ölən “VAZ-2107” sürücüsü Nicat Məmmədzadənin bu gün toyu olacaqdı.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalara  başlanılıb./APA.Az/

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar