Azərbaycanda həftənin ilk iş günü üçün hava proqnozu

Azərbaycanda həftənin ilk iş günü üçün hava proqnozu
Want create site? Find Free WordPress Themes and plugins.

Noyabrın 16-da Bakıda və Abşeron yarımadasında dəyişkən havanın buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

a24.az” bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 10-12° isti olacaq.

Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperatur gecə 3-8° isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar