Azərbaycanda həkim səhlənkarlığı - 2 aylıq körpə kor oldu - VİDEO

Azərbaycanda həkim səhlənkarlığı – 2 aylıq körpə kor oldu – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

İki ay əvvəl dünyaya göz açmış körpə dünya işığından məhrum qalıb.

“A24.az” “Xəzər xəbər”ə istinadən bildirir ki, valideynləri buna səbəb kimi doğuş həkiminin səhlənkarlığını göstərirlər. Çünki uşağın aparıldığı həkimlər gözün korluğunu doğuş zamanı aldığı travma ilə əlaqələndirirlər.

Maraqlısı budur ki, uşağın valideynləri doğuşdan sonra körpənin gözündə qızartı hiss ediblər və bu barədə doğuş həkiminə məlumat veriblər. Həkim isə bunun adi infeksiya olduğunu və narahatlığa əsas olmadığını deyib.

Uşağın anası Cəlilabad rayon sakini Şərqiyyə Vəliyevanın doğuşu Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinikasında baş tutub. Doğuşu həyata keçirən Zülfiyyə həkimlə əlaqə saxladıq. O, doğuş zamanı körpənin travma almaq ehtimalının olmadığını dedi. Onun sözlərinə görə, əgər uşağı kor edə biləcək qədər ağır travma olsaydı, körpədə bunun əlamətləri kəskin şəkildə özünü biruzə verərdi.

Həkim uşağın öz hesabına təkrar müayinədən keçirilməsinə belə razı olduğunu deyir və problemin həkim səhlənkarlığından qaynaqlanmamasını israr edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar