Azərbaycanda idman federasiyalarına maliyyə dəstəyi kəsiləcək

Azərbaycanda idman federasiyalarına maliyyə dəstəyi kəsiləcək
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda idman federasiyalarına yeni hüquq və vəzifə verilir.

“A24.az”ın Trend-ə istinadən verdiyi məlumata görə, bununla bağlı “Bədən tərbiyəsi və idman haqqında” qanunun 11-ci maddəsinə (Respublika idman federasiyalarının hüquqları və vəzifələri) 11.2.9-cu və 11.2-1-ci bəndlərin əlavə edilməsi təklif edilir.

11.2.9-cu bəndə əsasən, idman federasiyaları “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna və milli antidopinq qrumunun qaydalarına uyğun olaraq idmançıya və ya onun köməkçi heyətinə sanksiya tətbiq edildiyi halda, həmin sanksiyaların icra olunmasını təmin etməlidir.

11.2-1-ci bəndə əsasən isə respublika idman federasiyaları tərəfindən bu qanunun 11.2.9-cu maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməməsi pozuntu hesab edilir və dövlət büdcəsindən ayrılan maliyyə dəstəyinin həmin tələblər yerinə yetirilənə qədər kəsilməsinə səbəb olur.

Qeyd edək ki, dəyişikliklər Milli Məclisin iyunun 13-də keçiriləcək növbədənkənar plenar iclasının gündəliyinə daxil edilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar