Azərbaycanda ilahiyyatçıların bazası yaradılır

Azərbaycanda ilahiyyatçıların bazası yaradılır
Want create site? Find Free WordPress Themes and plugins.

“Yeni tədris standartlarının hazırlanması ilə bağlı Təhsil Nazirliyi ilə danışıqlar aparılır və yaxın gələcəkdə yekun qərar qəbul ediləcək”.

“A24.az” xəbər verir ki, bunu İlahiyyat İnstitunun rektoru Ceyhun Məmmədov “Dini təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, yeni dərs vəsaitləri də hazırlanacaq: “Çünki hazırda bu sahədə olan dərsliklər türk dilindədir. Eyni zamanda, ilahiyyətla bağlı dərs vəsaitinin hazırlanması əsas məqsədlərdən biridir”.

O qeyd edib ki, institutda çalışacaq hər bir müəllimin fəaliyyəti dərs ilinin sonunda qiymətləndiriləcək: “Nəticələr qənaətbəxş olmasa o, başqa müəllimlə əvəz ediləcək. Senzuranı güclü qurmaq lazımdır ki, nəticə də uğurlu olsun”.

Rektor əlavə edib ki, ilahiyyatçıların bazası yaradılır və bu istiqamətdə işlər görülür.

Qeyd edək ki, ilk yeni tədris ili üçün İnstitutda 60 tələbə qəbulu planlaşdırılır.

Report.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar