Azərbaycanda ilk Qədr gecəsini başlarında kitabla qeyd etdilər - FOTOLAR

Azərbaycanda ilk Qədr gecəsini başlarında kitabla qeyd etdilər – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda iyunun 13-dən 14-nə keçən gecə Ramazan ayının ilk Qədr gecəsi qeyd olunub.

“A24.az” “Report”a istinadən xəbər verir ki, Bakıdakı “Fatimeyi-Zəhra” məscidinə toplaşan inanclı insanlar bu gecə münasibətilə ibadət edərək dualar oxuyublar, din xadimləri Ramazan ayının fəzilətlərindən danışıblar.

Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Lakin Qədr gecəsinin konkret hansı gecə olması mübahisəlidir. Amma İslam peyğəmbəri və imamlardan gələn rəvayətlərə görə, Qədir gecəsi Ramazan ayının 19, 21, 23-cü və bəzi hədislərə əsasən, 26-cı gecələrindən biridir. Bu gecələr həm də “Əhya gecələri” adlanır.

Qədr gecəsində səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.

Ramazan ayının ikinci Qədr gecəsi iyunun 15-dən 16-na, üçüncüsü 17-dən 18-nə keçən gecən qeyd olunacaq. Sonuncu Qədr gecəsi Ramazan ayının 26-cı günü, yəni iyunun 21-dən 22-nə keçən gecəyə təsadüf edəcək.



Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Din, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar