sac-mede

Azərbaycanda inanılmaz əməliyyat: qızın mədəsindən saç topası çıxdı – VİDEO

Uşaqlarının günü-gündən arıqladığını və qarnının şişdiyini görən valideynləri onu həkimə aparıblar.

“A24.az” “xezerxeber.az”a istinadən məlumat verir ki, 12 yaşlı qızın xərçəng  xəstəliyinə tutulması  ehtimalı ana-atasını qorxuya salıb. Həkim müayinəsindən sonra, onlar eşitdiklərinə inana bilməyiblər.

Məlum olub ki, qız “trixofagiya” adlı saç yemək xəstəliyindən əziyyət çəkir. Saç mədəni bötövlükdə tutduğundan o, yemək yeyərkən qaytarır. Qızlarının illərdir saç yediyindən xəbər tutan valideynləri həkim məsləhəti ilə onu əməliyyat etdiriblər.

Beləliklə də, qızın mədəsindən 1 kq-a yaxın ağırlığı olan tük topası çıxarılıb.

Həkim Toğrul Ömərovun sözlərinə görə, qızın çəkisi normaya düşəcək. Sadəcə belə  insanlara əməliyyatdan sonra psixoloji  yardım tələb olunur.  Psixoloqun köməkliyi  ilə onların bu vərdişlərindən azad olunmaları  mümkündür.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR