Azərbaycanda internetlə bağlı yaranan problemin səbəbləri açıqlanıb

Azərbaycanda internetlə bağlı yaranan problemin səbəbləri açıqlanıb
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda internetə çıxış qismən bərpa olunub.

a24.az” bildirir ki, bununla belə, ölkə ərazisində əksər saytlara giriş mümkün deyil. Eyni zamanda internetin sürəti də olduqca zəifdir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Report”a bildirilib ki, ölkəni internetlə təmin edən “Delta Telekom” şirkətində yanğın baş verib və bütün zəruri avadanlıqlar zədələnib: “Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürüb. Hazırda alternativ kanallarla ölkə internetlə təmin olunub, lakin onun sürəti çox zəifdir. Lakin yaxın vaxtlarda avandanlıqlar tam yeniləri ilə əvəz olunacaq və ölkədə internetə çıxış və onun sürəti bərpa olunacaq”.

*** 17.06

Azərbaycanda internetin fasiləsiz təminatında problem baş verib. İnternet-provayderlərin və istifadəçilərin internetə çıxışında problem yaranıb. Hazırda şəbəkədə fasilələr də yaranıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) “Report”a verilən məlumata görə, telekommunikasiya və informasiya texnologiyaları bazarında fəaliyyət göstərən əsas internet provayderi “Delta Telecom” şirkətinin şəbəkəsində problemlər baş verdiyindən bütün ölkə ərazisində də internetin yayımında fasilə yaranıb.

“Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Delta Telecom” şirkətinin əməkdaşları baş vermiş problemin aradan qaldırılması və səbəblərinin aydınlaşması ilə əlaqədar araşdırma aparılır”, – deyə RYTN-dən bildirilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar