Azərbaycanda işləyən əcnəbilərin sayı açıqlandı

Azərbaycanda işləyən əcnəbilərin sayı açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 32 919 nəfər təşkil edir. Onlardan 87,8 faizini kişilər, 12,2 faizini qadınlar təşkil edir.

A24.Az xəbər verir ki, bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Fərdi uçot sistemində fərdi şəxsi hesabı açılan əcnəbilər sırasında say baxımından ilk yerləri Тürkiyə (14 799 nəfər), Gürcüstan (3 286 nəfər) və Rusiya (2 108 nəfər) vətəndaşları tuturlar.

Eyni zamanda sistemdə Özbəkistandan (1 764 nəfər), Hindistandan (1 476 nəfər), İrandan (1 011 nəfər), Çindən (927 nəfər), Banqladeşdən (871 nəfər), Pakistandan (746 nəfər), Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından (715 nəfər), Ukraynadan (610 nəfər), Türkmənistandan (330 nəfər), Filippindən (376 nəfər), ABŞ-dan (264 nəfər), Almaniyadan (250 nəfər), Qazaxıstandan (264 nəfər), İtaliyadan (216 nəfər) və s. ölkələrdən olan əcnəbilər qeydiyyatdadır.

2006-cı il yanvarın 1-dən Azərbaycanda tətbiq olunan fərdi uçot sistemi Azərbaycan vətəndaşları ilə bərabər, ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan xarici ölkə vətəndaşlarına da öz fərdi hesablarında pensiya kapitalı toplamaq, bununla da gələcəkdə pensiya və sosial təminat hüquqlarının yaranması üçün əsas formalaşdırmaq imkanı verib.

Fərdi uçot sistemində qeydiyyata olan şəxslərin ümumi sayı isə 1 iyul 2017-ci il tarixinə 3 milyon 496 min 678 nəfər təşkil edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar