Azərbaycanda liposaksiya (piyçıxartma) əməliyyatına girən məşhurlar - Ölənlər və sağ qalanlar

Azərbaycanda liposaksiya (piyçıxartma) əməliyyatına girən məşhurlar – Ölənlər və sağ qalanlar
Want create site? Find Free WordPress Themes and plugins.

Son zamanlar liposaksiya (piyçıxartma) əməliyyatı tibb sahəsində daha çox müraciət olunanlar siyahısındadır.

Bu əməliyyata sadə insanlarla bərabər məşhur simalar da üz tutur. Lakin əməliyyat nəticəsində sağ qalanlarla yanaşı dünyasını itirən insanların da siyahısı az deyil.  Liposaksiya əməliyyat dəbi təkcə tanınmışları deyil, sıravi insanları da gözəllik naminə qurban verməyə sürükləyir.

A24.az liposaksiya əməliyyatı etdirərək, dünyasını dəyişən və sağ qalan məşhurların siyahısını təqdim edir:

Müğənni Zöhrə Abdullayeva liposaksiya (piyçıxartma) əməliyyatı etdirən məşhurlar siyahısındadır. Müğənni  üz dərisini dartdırıb, qarnını, ayaqlarının yuxarı hissəsini liposaksiya etdirib. Bu, müğənninin keçirdiyi ilk əməliyyat deyil.

Liposaksiya yolu ilə artıq piylərdən azad olan xalq artisti Aygün Kazımova uğurlu əməliyyatlarına görə yer alan tanınmışlardandır. Bir neçə dəfə sinəsinin və dodaqlarının görüntüsünü dəyişib, liposaksiya etdirib və dediyinə görə, iki qabırğasını da çıxartdırıb. Plastik cərrahiyyə əməliyyatını lentə aldırıb və bunu “Tez gəl” klipi altında tamaşaçılara təqdim edib.

Çəkilərini azaltmaq üçün əməliyyat masasına əyləşən məşhurlarımızdan daha biri “Toppuş bacı” ləqəbi ilə tanıdığımız Tünzalə Əliyevadır. Həkimlər liposaksiya yolu ilə onun qollarından və budlarından 30 kq piy çıxarıblar.

Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyeva da bir dəfə liposaksiya əməliyyatı keçirib. O əməliyyat nəticəsində artıq çəkilərindən azad olunub.

Şəkərli diabet xəstəliyindən əziyyət çəkən Reyhan Müslümova artıq çəkidən azad olmaq üçün 2002-ci ildə Bakıdakı yerli xəstəxanaların birində liposaksiya əməliyyatı etdirib. Baş tutan uğursuz əməliyyatdan sonra müğənni vəfat edir, buna  görə cinayət işi açılsa da, müğənninin məsuliyyəti öz üzərinə götürdüyü barədə imzaladığı sənəd həkimi məsuliyyətdən qurtarıb.

Prodüser Təranə Səmədova Bakıda fəaliyyət göstərən klinikalardan birində liposaksiya (Piy sovurma əməliyyatı) etdirib. Tanınmış prodüserin bədənindən 6 litrə yaxın piy çıxarılıb.

Elvin Paşazadə

 

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar