Azərbaycanda maşınların qaçırılması halları azalıb

Azərbaycanda maşınların qaçırılması halları azalıb
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda yetkinlik yaşına çatmayanların da cinayətləri azalıb.

“A24.az” xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, bunu Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov nazirliyin geniş kollegiya iclasında deyib.

O, qeyd edib ki, həyata keçirilən bu və digər tədbirlər əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də cinayətlərin profilaktikasında müsbət nəticələri şərtləndirib.

2014-cü illə müqayisədə qəsdən adam öldürmələr 7,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 6,7 faiz, xuliqanlıqlar 4,5 faiz, avtonəqliyyatın qaçırılması 26,6 faiz, mal-qara oğurluqları 17,1 faiz, əzab vermələr 26,3 faiz, yetkinlik yaşına çatmayanların cinayətləri 2,4 faiz, ictimai yerlərdə baş vermiş cinayətlər 2 faiz, yol-nəqliyyat hadisələri 15,7 faiz, qəzalarda ölənlərin sayı 20,5 faiz, yaralananların sayı 15,4 faiz azalıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar