Azərbaycanda məhkəmə "arvadım dostumla gəzir" deyən əri cəzalandırdı

Azərbaycanda məhkəmə “arvadım dostumla gəzir” deyən əri cəzalandırdı
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda arvadının ona dostu ilə xəyanət etməsi haqda məlumatlar yayan ər məhkəmə tərəfindən cəzalandırılıb.

“A24.az”  “Qafqazinfo”ya istinadla xəbər verir ki, Yasamal rayonunda məktəblərin birində direktor müavini işləyən qadın məhkəməyə müraciət edərək ərinin onun haqda yalan məlumat yaymaq, böhtan atmaqla şərəf və ləyaqətini alçatdığını iddia edib və buna görə cəzalandırılmasını istəyib.

Belə ki, qadın ərinin yaydığı məlumatların yalan kimi tanınmasını, təkzib məktubu göndərərək üzr istəməsi və mənəvi zərərə görə 30 min manat cərimələnməsini tələb edib.

Şəxsi məlumatların qorunması məqsədi ilə tərəflərin adları tam açıqlanmır. Cütlük 1986-ci ildən evlidir, rəsmi olaraq boşanmasalar da, ayrı yaşayırlar.

Yasamal rayon məhkəməsi qadının iddiasını rədd edib, bundan sonra o, apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Cəfərov işə baxaraq müəllimin xeyrinə qərar çıxarıb. Məhkəmə araşdırması zamanı şahidlərin ifadələrinə əsaslanılıb. Qonşusu bildirib ki, qadının əri onlara zəng edərək, arvadının ona dostu ilə xəyanət etdiyini deyib. Həmin məktəbdə işləyən 3 şahid də eyni halın baş verdiyini iddia ediblər.

Məhkəmədə ifadə verən ər isə belə bir məlumat yaymadığını qeyd edib.

Məhkəmə belə qərara gəlib ki, 2 uşaq anası, direktor müavininin özü barədə yalan məlumat yayması, sonra da həmin şəxsləri öyrədərək yalançı şahid kimi istifadə etməsi inandırıcı deyil.

Buna görə də iddiası qismən təmin edilib. Məhkəmə qərarına görə, ər arvadının xəyanət etməsi haqda yalan məlumat yaydığı üçün ondan yazılı formada üzr istəməli, mənəvi zərərə görə də min manat ödəməlidir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar