Azərbaycanda müdafiə xərcləri artırılır

Azərbaycanda müdafiə xərcləri artırılır
Want create site? Find Free WordPress Themes and plugins.

Bu ilin dövlət büdcəsində müdafiə xərcləri 166,5 mln. manat və yaxud 6,1% artırılaraq 2 905,222 mln. manata çatdırılacaq.

“A24.Az” xəbər verir ki, bu, “2018-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində nəzərdə tutulub.

Sənədə əsasən, müdafiə qüvvələrinə çəkilən xərcin 1,3% artırılaraq 1 384,068 mln. manat, milli təhlükəsizliyə çəkilən xərclərin 16,75% artırılaraq 130,359 mln. manat, digər kateqoriyaya aid edilməyən xərclərin isə 10,3% artırılaraq 1 388,132 mln. manat olması planlaşdırılır. Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədbiqatlara ayırmalara isə əvvəlki kimi 2,663 mln. manat saxlanılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar