Azərbaycanda narkomanların sayı açıqlandı

Azərbaycanda narkomanların sayı açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda rəsmi qeydiyyata alınan narkomanların sayı artıb.

A24.az xəbər verir ki, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25.489 nəfər, 2011-ci ildə 26.716 nəfər, 2012-ci ildə 27.910 nəfər, 2013-cü ildə isə 28.376, 2014-cü ildə 28.656, 2015-ci ildə isə 28.555, 2016-cı ildə 29.448, 2017-ci ildə 30.131 nəfər olub.

Yalnız 2017-ci ildə 2.115 nəfər ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata götürülüb. 2015-ci ildə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınan narkomanların sayı 2.017 nəfər, 2016-cı ildə 2.142 nəfər olub.

Ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər.

Son məlumatlara əsasən, Azərbaycanda 15-17 yaşlı 5 (2016-cı ildə 5), 18-24 yaşlı 1.566 (2016-cı ildə 1.447), 25-29 yaşlı 4.225 (2016-cı 4.076), 30-34 yaşlı 4.463 (2016-cı 4.239), 35-39 yaşlı 4.657 (2016-cı 4.542), 40-44 yaşlı 3.707 (2016-cı 3.670), 45-49 yaşlı 3.408 (2016-cı 3.313), 50-54 yaşlı 2.891 (2016-cı 2.818), 55-59 yaşlı 2.275 (2016-cı 2.266), 60-64 yaşlı 1.875 (2016-cı 1.931), 65 yaşdan yuxarı isə 1.062 (2016-cı 1.142) nəfər narkotik istifadəçisi var.

Qeyd edək ki, 2014-cü ilədək Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında uşaqlar (yaşı 18-dək olanlar) qeydiyyata alınmayıb.

Azərbaycanda narkomanlar daha çox opiat qrupuna daxil olan narkotikləri – tiryək, heroin və kokosdan istifadə edirlər.

Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev də Trend-ə bildirib ki, Azərbaycanda narkotik maddələrdən zəhərlənərək xəstəxanaya yerləşdirilənlər daha çox opium qrupuna aid maddələrdən – tiryək və heroindən zəhərlənənlər olur. Mütəxəssisin sözlərinə görə, ötən il kimyəvi zəhərlənməyə məruz qalanların (2016 nəfər) 2,8 faizi narkotik maddələrdən zəhərlənib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar