Azərbaycanda neft hasilatı ilə bağlı ABŞ-dan BƏDBİN PROQNOZLAR

Azərbaycanda neft hasilatı 2017-ci ildə sutkada 0,83 milyon barrel, 2018-ci ildə isə sutkada 0,82 milyon barrelədək azalacaq.

A24.Az xəbər verir ki, ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyası İdarəsi (EIA) proqnoz verib.

Məlumatda qeyd olunur ki, 2016-cı ildə Azərbaycanda neft hasilatı sutkada 0,87 milyon barrel təşkil edib.

EIA-nın proqnozlarına əsasən, 2017-ci ildə ən yüksək hasilat göstəricisi ilin birinci rübündə qeydə alınacaq. Bu müddət ərzində sutkada 0,84 milyon barrel neftin hasil olunacağı proqnozlaşdırılır.

İkinci rübdə sutkada 0,83 milyon, üçüncü rübdə 0,82 milyon, dördüncü rübdə isə 0,81 milyon barrel neft hasilatı proqnozlaşdırılır. //Trend//

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR