Azərbaycanda oğurluq anları kamerada - Götürdüyü pul kisəsini gətirib yerinə qoydu - VİDEO

Azərbaycanda oğurluq anları kamerada – Götürdüyü pul kisəsini gətirib yerinə qoydu – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

“Sədərək” ticarət mərkəzində yerləşən dükanlardan birində oğurluq hadisəsi baş verib.

“A24.az” “Report”a istinadən xəbər verir ki, insident ticarət mərkəzindəki qab-qacaq satılan mağazada qeydə alınıb.

Dükan sahibi nəzarət kameralarının köməkliyi ilə müəyyən edib ki, satılan əşyaların qiyməti ilə maraqlanan daimi müştərilərdən biri satıcının bayıra çıxmasından istifadə edərək içərisində xeyli miqdarda vəsait olan pul kisəsini götürüb. Mağazanı tərk edən naməlum şəxs bir neçə dəqiqədən sonra yenidən dükana qayıdıb və götürdüyü pul kisəsini yerinə qoyub.

Hadisə barədə zərərçəkən şəxs iş vaxtı başa çatandan sonra xəbər tutub.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar