Azərbaycanda poçta girib oğurluq etmək istədilər, amma ....

Azərbaycanda poçta girib oğurluq etmək istədilər, amma ….
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gecə Lənkəran rayonunun Digah kəndində oğurluq hadisəsi baş verib.

“A24.az” bildirir ki, “Report”un Cənub bürosunun məlumatına görə, iki nəfər olduğu ehtimal edilən naməlum şəxslər əvvəlcə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-yə məxsus Lənkəran Regional Poçt Filialının Digah-Şilavar poçt şöbəsinin binasına daxil olublar.

Poçt müdiri Babulla Nuriyevin sözlərinə görə, seyfdə pul olduğunu zənn edən naməlum şəxslər istədiklərini əldə edə bilməyiblər.

“Onlar nə qədər çalışsalar da, seyfi aça bilməyiblər. Yalnız pul əldə etmək niyyətində olduqları üçün heç bir inventara toxunmayıblar”, – deyə o əlavə edib.

Naməlum şəxslər eyni vaxtda poçt binası yaxınlığındakı Əfqan Kərimova məxsus ərzaq mağazasına da giriblər. Onlar kassada pul tapa bilmədiklərindən mobil telefon, danışıq kartları və siqaret oğurlayıblar.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis şöbəsində araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar