Azərbaycanda profilaktika vaxtı efirlər boş qalmayacaq – YENİLİK

Azərbaycanda profilaktika vaxtı efirlər boş qalmayacaq – YENİLİK
Want create site? Find Free WordPress Themes and plugins.

“2018-ci ilin 1-ci yarısında Bakıda Alternativ Teleqüllə istifadəyə veriləcək” .

A24.Az xəbər verir ki, bunu Modern.az-açıqlamasında  Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin direktoru Mikayıl Abbasov bildirib.

Onun sözlərinə görə,  bu ilin sonuna kimi tikinti işlərinin başa vurulması nəzərdə tutulub:

“2018-ci ilin 1-ci yarımilliyində həmin teleqüllədən yayım imkanı əldə ediləcək.  Avadanlıqlar xaricdən gətirildiyi üçün, tam dəqiq vaxt qeyd etmək olmur. Yeni teleqüllənin inşasında məqsəd,  üç aydan bir profilaktika işlərinin görülməsi ilə əlaqədar həmin gün efirin  boş qalmamasıdır.

Bu əhali arasında narazılıq yaradır. Bu narazılığı aradan qaldırmaq üçün profilaktik işlər zamanı alternativ teleqüllə vasitəsilə Bakı şəhərində yayım tam şəkildə həyata keçiriləcək.”

Mikayıl Abbasov bildirib ki, tikinti işlərinin 80%-i tamamlanıb və teleqüllənin  hündürlüyünün 140 metr olacağı nəzərdə tutulur.

Qeyd edək ki,  yeni alternativ teleqüllənin inşası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarına uyğun olaraq həyata keçirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar