Azərbaycanda qidadan zəhərlənənlərin sayı açıqlandı

2016-cı il ərzində Azərbaycanda 625 qida zəhərlənməsi baş verib.

A24.Az xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, nəticədə 924 nəfər zəhərlənib.

Ötən il 36 botulizm hadisəsi olub ki, nəticədə 55 nəfər zərər çəkib, 2 nəfər dünyasını dəyişib.

Ötən ilin dekabr ayında Azərbaycanda 24 qida zəhərlənməsi baş verib, bu hadisələrdən 37 nəfər zərər çəkib. Dekabr ayında 3 botulizm hadisəsi baş verib ki, bundan da 9 nəfər zəhərlənib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR