Azərbaycanda satışa çıxarılan unun tərkibinə dəmir qatılacaq - SƏBƏBİ?

Azərbaycanda satışa çıxarılan unun tərkibinə dəmir qatılacaq – SƏBƏBİ?
Want create site? Find Free WordPress Themes and plugins.

“Azərbaycanda bir sıra xəstəliklərin qarşısını almaq üçün satışa çıxarılacaq unun tərkibinə dəmir qatılacaq”.

“A24.az” bildirir ki, bunu “AzVision.az”a açıqlamasında Azad İstehlakçılar Birliyininin sədri Eyyub Hüseynov deyib.

Təşkilat rəhbəri bildirib ki, anemiya xəstəliyinin yayılma riskini azaltmaq üçün unun tərkibinə dəmir, KAP deyilən xüsusi maddə qatılacaq.

“Əhalinin böyük bir hissəsində qırmızı qan kürəciklərinin miqdarı azdır. Buna görə belə təşəbbüs irəli sürərək 7 unüyütmə dəyirmanına xüsusi qurğu və KAP deyilən material verdik. Lakin sonrakı ayların monitorinqlərində gördük ki, dəyirmanların təxminən 40%-i verdiklərimizdən istifadə etməyib. Onlar unu qırmızı loqo ilə bazara çıxarıb və istehlakçıları aldadıblar”.

Eyyub Hüseynov zənginləşdirmə üçün 1 ton una 3 dollar vəsait tələb olunduğunu və bunun unun çəkisinə təsir göstərməyəcəyini deyib.

Qeyd edək ki, bir çox ölkələrdə unun dəmirlə zənginləşdirməsi prosesi həyata keçilir. Bu məsələnin yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Sağlamlıq
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar