Azərbaycanda saxta pul kəsənlər tutulub

Azərbaycanda saxta pul kəsənlər tutulub
Want create site? Find Free WordPress Themes and plugins.

Tərtərdə saxta pul kəsən iki nəfər tutulub.

a24.az” bildirir ki, “Report”un məlumatına görə, rayonun Əskipara kənd sakini 1995-ci il təvəllüdlü Fərid Məmmədli satış məqsədi ilə saxta pul əskinazları hazırlayıb.
F.Məmmədli yaşadığı evdə rəngli printerdən istifadə etməklə 1, 5, 10 və 20 manatlıq olmaqla 600 manat saxta pullar çap edib.
O, hazırladığı saxta pulların bir hissəsini rayon sakini Səxavət Axundluya satıb.
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxslər, F.Məmmədli və S.Axundlu saxlanılaraq istintaqa cəlb olunub. Polis Şöbəsindən “Report”a bildirilib ki, saxlanılan saxta pulların bir qismi ilə rayon marketlərində alış-veriş ediblər.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar