Azərbaycanda tapılan canlı "qar adamı" olub? - Zooloqlar açıqladı - VİDEO

Azərbaycanda tapılan canlı “qar adamı” olub? – Zooloqlar açıqladı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bir neçə gündür müzakirələrə səbəb olan meymuna bənzər canlı əslində nədir?

Azərbaycan ərazisində peyda olduğu bildirilən bu varlıq həqiqətən də mövcuddurmu?
A24.Az bildirir ki, zooloqlar meymuna bənzəyən əcaib heyanın əslində bir iluziya olduğunu deyirlər. Bildirirlər ki, nəinki Azırbaycanda, ümumiyyətlə dünyanın heç bir yerində belə bir canlı yoxdur. Zoologiya insitutunun direktoru Elman Yusifov qəribə canlının əslində bir oyuncaq olduğunu söyləyir. Onun sözlərinə görə belə bir canlının olması mümkün deyil.

Elman Yusifov həmçinin bildirib ki, müxtəlif internet saytlarında belə canlıları əks etdirən videolar var. Buların hamısı xüsusi proqramlar vasitəsi ilə düzəlir və insanlarda maraq yaratmaq üçün saytlara yerləşdirilir.

Direktor həmçinin qeyd edib ki, indiyə kimi belə bir canlı mövcud olsaydı indiyə kimi elm adamları tərəfindən araşdırılardı.

Belə görüntülər insanlarda maraq yaratsa da, panikaya da səbəb olur. Sensasiya xətrinə insanları narahat etmək isə düzgün deyil. /xezerxeber.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar