Azərbaycanda toy karvanında qəza - YARALILAR VAR

Azərbaycanda toy karvanında qəza – YARALILAR VAR
Want create site? Find Free WordPress Themes and plugins.

Şəmkirdə ağır yol qəzası baş verib.

A24.Az-ın məlumatına görə, rayonun Abbaslı kəndi ərazisində toy karvanı ilə hərəkət edən “Opel” markalı avtomobil qarşı tərəfdən gələn “VAZ-2106” markalı avtomobillə toqquşub.

Nəticədə 4 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onlar 1989-cu il təvəllüdlü Səadət Məmmədova, 1964-cü il təvəllüdlü Nurəddin Nağıyev, 1993-cü il təvəllüdlü Ruslan İbrahimov və 1978-ci il təvəllüdlü Könül Cabbarovadır.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır./Apa.Az/

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Banner
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar