u1

Azərbaycanda universitetə işə qəbul olan müəllimlər and içdilər – FOTOLAR

Noyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dəfə daimi işə qəbul olunan müəllimlərin andiçmə mərasimi keçirilib.

A24.Az AZƏRTAC-a istinadən bildirir ki, Tədbir Təhsil Nazirliyinin 2014-cü il 16 may tarixli əmrinə uyğun olaraq reallaşdırılıb.

Universitetin tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov işə qəbul olunan müəllimləri təbrik edib, uğurlar arzulayıb.

Sonra ADNSU-da ilk dəfə daimi işə qəbul olunan 18 müəllim Azərbaycan Respublikasının dövlət bayrağı altında Konstitusiyaya əl basaraq and içiblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR