Azərbaycanda uşaq evində dəhşətli faktlar: Valideynim olsaydı, mənə işgəncə verməzdilər – VİDEO

Azərbaycanda uşaq evində dəhşətli faktlar: Valideynim olsaydı, mənə işgəncə verməzdilər – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Sosial şəbəkədə Şəki Qarışıq Tipli Uşaq Evindən videogörüntü paylaşılıb.

“A24.az”ın verdiyi məlumata görə, görüntülərdə 18 yaşlı Aysel uşaq evində onlara yaşadılan işgəncələrdən, müəllimlərin pis rəftarından sıxıla-sıxıla danışıb:

“Bizi burda çox sıxırlar. Müəllimlər gəlib bizi mal kimi sıraya düzürlər ki, oturun. Taxta ilə , çubuqla çox pis döyürlər, başımıza, belimizə vururlar, bizə işgəncə verirlər. Məni elə bərk döyüblər ki, hətta özümü asmaq istəmişəm. Neyniyim, məni elə günə qoyublar ki, həyatdan, hər şeydən bezmişəm”.

Uşaqları daha çox qadın müəllimələrin döydüyünü deyən Aysel qorxa-qorxa onlardan birinin adını da çəkib: “Mirvari müəllimə… Uşaqları təpiklə, şillə ilə döyürlər. Ürəyimdə fikirləşirəm ki, valideynim olsaydı mənə belə şeylər eləməzdilər!”

“A24.az” sözügedən videogörüntünü təqdim edir:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar