506099

Azərbaycanda uşaq ombudsmanı təsisatının yaradılmasına ehtiyac varmı?

“Azərbaycanda uşaq ombudsmanı təsisatının yaradılması məsələsi gündəmdə deyil”.

A24.Az xəbər verir ki, bunu Trend-ə Ombudsman Aparatının Aparat rəhbəri Aydın Səfixanlı deyib.

Uşaq ombudsmanı təsisatının yaradılması məsələsinin dəfələrlə qaldırıldığını deyən A.Səfixanlı bu gün bu yeni təsisatın yaranması məsələsinin gündəmdə olmamasının səbəbini də açıqlayıb.

A.Səfixanlı hesab edir ki, hazırda Ombudsman Aparatı uşaq hüquqlarının müdafiəsi sahəsində tam, əhatəli şəkildə fəaliyyət göstərir. Buna görə də xüsusiləşmiş yeni qurumun yaradılmasına ehtiyac yoxdur:

“Əvvəllər İsveçdə xüsusiləşmiş uşaq obmudsmanları var idi. Amma daha sonra gördülər ki, bu işlərin bir ombudsman tərəfindən həyata keçirilməsi daha səmərəlidir. Ona görə onlar da mərkəzləşdirilmiş ombudsman təsisatına üstünlük verdilər. Çünki bəzən bir hüququn pozulma səbəbi digər hüquqların pozulması ilə qarşılıqlı əlaqədə olur. Ona görə də uşaq ombudsmanları digər sahələrə müdaxilə edə bilmirlər. Amma bu gün ümumi ombudsman uşaq hüquqları üzrə beynəlxalq sənədlərdə təsbit olunmuş hüquqları tam və geniş şəkildə müdafiə edə bilir. Bu gün Azərbaycan ombudsmanının malik olduğu səlahiyyətlər uşaq hüquqlarının daha səmərəli müdafiəsinə imkan verir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR