Azərbaycanda vətəndaşlar niyə adlarını dəyişmək istəyirlər?

Azərbaycanda vətəndaşlar niyə adlarını dəyişmək istəyirlər?
Want create site? Find Free WordPress Themes and plugins.

2016-ci ildə qeydiyyat orqanlarına adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı 2967 müraciət daxil olub və hamısı təmin edilib.

Bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Məlumata qeyd edilib ki, adların dəyişdirilməsi onların pis məna verməsi, xoş səslənməməsi və gülünc olması ilə əlaqələndirilib.

Ədliyyə Nazirliyindən bildirilib ki, Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.

Statistik göstəricilərə görə ötən il yeni doğulmuş körpələrdən oğlan uşaqlarına Yusif, Hüseyn, Əli, Məhəmməd, Murad, Ayxan, Uğur, İbrahim, Tunar, qız uşaqlarına isə Zəhra, Nuray, Fatimə, Aylin, Zeynəb, Ayan, Məryəm, Mələk, Xədicə, Mədinə kimi adların verilməsi üstünlük təşkil edib.(Azvision.az)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hesabat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar