Azərbaycanda vəzifədə olarkən ölən məmurlar - SİYAHI

Azərbaycanda vəzifədə olarkən ölən məmurlar – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda iş fəaliyyətini davam etdirərkən dünyasını dəyişən bir çox məmur olub.

A24.Az saytı olaraq, apardığımız araşdırmalar nəticəsində iş fəaliyyətini davam etdirərkən dünyasını dəyişən məmurların bir qismini tapmağa müvəffəq olduq.

1) Ramiz Mirzəyev – Sənaye və Energetika nazirinin müavini, AFFA-nın prezidenti – uzun sürən xərçəng xəstəliyindən sonra 30 oktyabr 2007-ci ildə vəfat edib. Qeyd edək ki, Ramiz Mirəzyev 1954-cü ildə Tovuz rayonunda anadan olub.

2) Nazim İsmayılov – ANAMA-nın direktoru – uzun sürən xəstəlikdən sonra 12 dekabr 2014-cü ildə axşam saatlarında vəfat edib. Qeyd edək ki, N.İsmayılov ANAMA yaradığı 1998-ci ildən agentliyin rəhbəri vəzifəsində çalışıb.

3) Zəhra Quliyeva – Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri (1998 — 2005). Tibb elmləri doktoru Zəhra Quliyeva 1923-cü ildə Bakıda anadan olub. 2005-ci ildə 82 yaşında vəfat edib.

4) Arif Vəliyev – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri (1993 — 2014). 1943-cü ildə Ağstafa rayonunda anadan olan Arif Vəliyev müstəqillik illərində komitə sədri təyin olunub. 23 iyun 2014-cü ildə vəfat edib.

5) Mahmud Kərimov – Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti (2001-2013). 1948-ci ildə Yerevan şəhərində anadan olan Mahmud Kərimov 2001-ci ildə AMEA-nın prezidenti təyin olunub. Fizika-riyaziyyat elmləri doktoru olan Mahmud Kərimov 10 fevral 2013-cü ildə Türkiyə klinikalarından birində gecə saatlarında ürək tutmasından dünyasını dəyişib.

6) Valeh Bərşadlı – Azərbaycanın ilk müdafiə naziri olan Valeh Bərşadlı 1927-ci ildə Qubadlı rayonunda anadan olub. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır. 5 sentyabr 1991 — 11 dekabr 1991 -ci ildə müstəqil Azərbaycanın ilk müdafiə naziri vəzifəsini icra edib. 1999-cu ilin mayın 15-də vəfat edib. Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy Valeh Bərşadlını Naxçıvanski adına hərbi məktəbə rəis təyin edib. 1999-cu ildə bu vəzifəni icra etdiyi vaxtlarda dünyasını dəyişib.

7) Elçin Behbudov – İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin ilk sədri olub (2002 – 2015). 1960-cı il fevralın 23-də Bakıda anadan olub. 2002-ci ildən etibarən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri seçilib. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən E.Behbudov 2015-ci ilin noyabr ayında ürək tutmasından keçinib.

8) Natiq Əliyev – Natiq Əliyev 1947-ci ildə Bakıda anadan olub. 1993-cü ildən 2005-ci ilə qədər o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti və Direktorlar şurasının sədri vəzifəsində çalışıb. 2005-ci ildən 2013-cü illədək Azərbaycan Respublikası Sənaye və Energetika Naziri vəzifəsində işləyib. 2013-cü ilin 22 oktyabr tarixində isə o, Azərbaycan Respublikası Energetika Naziri vəzifəsinə təyin edilib. Səhhətində yaranan problemlərlə əlaqədar iyunun 4-5-nə keçən gecə Türkiyəyə aparılıb. 9 iyun 2017-ci ildə vəfat edib.

Məsələ ilə əlaqədar araşdırmamızı davam etdirəcəyik…

9) Süleyman Tatlıyev – Süleyman Bayram oğlu Tatlıyev (27 fevral 1925-ci il, Dağ Kəsəmən kəndi, Qazax rayonu, Azərbaycan SSR – 9 mart 2014-cü il, Bakı, Azərbaycan Respublikası) — Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1985-1989), Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti (1994-2014).

Bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilib. Süleyman Tatlıyevin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. O, bir sıra orden və medallarla təltif edilib, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeninə layiq görülüb.

Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi Süleyman Bayram oğlu Tatlıyev 9 mart 2014-cü ildə vəfat etmişdir.

Allah rəhmət etsin!!!

Orxan Aslanlı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Siyasət, Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar