Azərbaycanda vəzifəli şəxsin oğlu öldü

Azərbaycanda vəzifəli şəxsin oğlu öldü
Want create site? Find Free WordPress Themes and plugins.
Oğuzda vəzifəli şəxsin oğlu bədbəxt hadisə nəticəsində ölüb.
A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yaqublu kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini, 1988-ci il təvəllüdlü Cavid Bəxtiyar oğlu İsmayılov yüksəklikdən yıxılaraq aldığı kəllə-beyin travması ilə xəstəxanaya aparılıb. Müayinə zamanı C. İsmayılovun öldüyü məlum olub. Onun başından aldığı xəsarətdən dünyasını dəyişdiyi ehtimal olunur.
Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib. Ekspertizanın rəyi açıqlandıqdan sonra ölümüm dəqiq səbəbləri məlum olacaq.
Faktla bağlı Oğuz rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, C. İsmayılov Oğuz rayon İcra Hakimiyyəti başçısının Yaqublu kəndi üzrə ərazi-icra nümayəndəsi Bəxtiyar İsmayılovun oğludur.
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar