Azərbaycanda xalq artistinin səhhəti pisləşdi

Azərbaycanda xalq artistinin səhhəti pisləşdi
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin səhhəti pisləşib.

“A24.az” xəbər verir ki, o Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib və orada işə başlayıb. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.

Azərbaycan Lenin Komsomolu Mükafatı laureatı, Azərbaycanın əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatı, “Şöhrət” ordeni laureatıdır. 52 il Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olandan sonra oradan çıxıb. Haqqında “Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə-75” adlı sənədli film çəkilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar