Azərbaycanda yanan sürücüləri belə xilas etdilər - VİDEO

Azərbaycanda yanan sürücüləri belə xilas etdilər – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

“Maşın alışdı! Onları xilas etmək lazımdır! Tələsin!”

Bunu deyən kişi “Volqa”nın sürücü tərəfdə olan pəncərəsini açmağa çalışır. Lakin şüşə açılmır, çünki qəza nəticəsində mexanizm zədələnmişdi.

Belədə kişi avtomobildəki insanları xilas etmək üçün “Volqa”nın ön sağ şüşəsini təpiklə vurub sındırır və sürücünü dartıb çıxarır.

A24.Az Milli.Az istinadən bildirir ki, olay Rostov-Bakı trasında yaşanıb.

“Lada” və “Volqa” avtomobillərinin toqquşması nəticəsində “Volqa” alışıb. “Volqa”dakı sürücü və sərnişinlər xilas ola bilməyiblər. Onlar diri-diri yana bilərdilər.

Yoldan ötən avtomobillərin sürücüləri özlərini çatdıraraq “Volqa”dakı adamları ölümdən qurtarıblar.

 Olayın videosu YouTube-da yayılandan sonra həmin kadrları milyonlarla insan izləyib. Şərhlərin əksəriyyəti isə “O kişiyə halal olsun!” tiplidir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar