Azərbaycanda yayımı dayandırılan kanal sabah fəaliyyətə başlayır

Azərbaycanda yayımı dayandırılan kanal sabah fəaliyyətə başlayır
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin TRT 1 televiziya kanalı martın 1-dən Azərbaycanda rəqəmsal yayıma başlayacaq.

A24.Az portalı APA-ya istinadən xəbər verir ki, TRT-nin Bakı nümayəndəliyindən  verilən məlumata görə, TİKA, Milli Televiziya və Radio Şurası (MTRŞ) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Teleradio İstehsalat Birliyi arasında əldə olunmuş razılığa əsasən TRT 1 telekanalının yayımı bərpa edilib.

Qeyd edək ki, Azərbaycanda rəqəmli TV yayımına keçildikdən sonra TRT-nin yerüstü yayımı ötən ildən dayandırılıb. Noyabrın 1-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-i, 10-u və 20-si bölgələrdə analoq TV yayımı dayandırılıb. Azərbaycanda yalnız rəqəmli TV yayımı həyata keçirilir. TRT-1 Azərbaycan və Türkiyə arasında hökumətlərarası müqaviləyə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar