Azərbaycanda yeni növ gürzə tapılıb – FOTO

Azərbaycanda yeni növ gürzə tapılıb – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda yeni növ gürzə tapılıb.

“A24.az” xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasi Zoologiya İnstitutndan verilən məlumata görə, Quba-Xaçmaz zonasının herpetofaunası üzrə tədqiqatlar aparılarkən Azərbaycanda Böyük Qafqazın yüksək dağlıq əraziləri üçün yeni, Gürzələr (Viperidae) fəsiləsinə aid olan ilan növü (Pelias lotiyevi – Lotiyev başıqalxanlısı) aşkar edilib.

Bu növün dünya üzrə arealı Şimali Qafqaz regionudur və Böyük Qafqazın şimal yamacları boyu (Soçi ş. ətrafı) ərazilərindən Dağıstan-Azərbaycan sərhəddinə qədər uzanan kserofit dağlıq ərazilərini (dən.səv. hünd. 1000-2500 m) əhatə edir. Lotiyev başıqalxanlısının Azərbaycanda da (Dağıstanla həmsərhəd dağlıq ərazilərdə) yayılması ehtimal olunurdu. Əldə edilən tapıntı sübut etdi ki, Gürzələr (Viperida) fəsiləsindən olan Lotiyev başıqalxanlısı Azərbaycanda Böyük Qafqazın şimal yamaclarında yayılıb.

Hələlik bu növə Azərbaycanda yalnız Quba rayonu hüdudunda dəniz səviyyəsindən 1900-2300 m hündürlükdə yerləşən subalp dağlıq ərazilərində (Xınalıq kəndi ətrafı) rast gəlinib. Hazırda növün vertikal və horizontal istiqamətlərdə yayılmasını öyrənmək planlaşdırılır.

Bundan başqa, Zoologiya İnstitutu Araxnologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə elmlər doktoru Nataliya Sneqovaya Balakən rayonu və Naxçıvan Muxtar Respublikasında apardığı tədqiqatlar nəticəsində elm üçün yeni 2 növ iynəcə (Cordulegaster plagionyx Skvortsov & Snegovaya 2015 və C.nachitischevanica Skvortsov & Snegovaya 2015) aşkar edib.

Bundan başqa alim tərəfindən aparılan araşdırmalarda Azərbaycan faunası üçün yeni olan 13 növ iynəcə (Lestes dryas, L.sponsa, L.virens, Coenagrion hastulatum, C.lunulatum, C.ornatum, C.pulchellum, Aeshna affinis, Brachytron pratense, Cordulegaster picta, Somatochlora flavomaculata, Sympetrum flaveolum,S.vulgatum) qeyd olunub.

gurza_131115_01

gurza_131115_02

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Maraqlı, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar