Azərbaycanda yol polisinin vurulduğu yerdən GÖRÜNTÜLƏR - VİDEO

Azərbaycanda yol polisinin vurulduğu yerdən GÖRÜNTÜLƏR – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Masallıda avtomobil yol polisini vuraraq qaçıb.

A24.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə Masallı şəhəri ərazisində qeydə alınıb. İnsident Dövlət Yol Patrul Xidməti (DYPX) əməkdaşlarının sərxoş sürücülərə qarşı reyd keçirdiyi zaman baş verib.

YPX baş serjantı Qoşqar Eynalov xidməti vəzifəsini yerinə yetirərkən onu avtomaşın vurub. Dərhal yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəni törədən şəxs hadisə yerindən qaçıb. Hazırda Masallı polisi onun saxlanılması istiqamətində tədbirlər görür.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar